44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Unikal.org  erməni  KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 663-yə çatıb.