Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org  xəbər verir ki, keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Əkbərova 1992-ci ildə  “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib və sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı da ləğv olunub.