Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 70 768 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 841 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 307 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 391 664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 915 485 təşkil edir.