Sosial şəbəkələrdə  Ağcabədi, Şəmkir, Ağstafa bölgələrində bank filiallarının önünə vaksin vurdurmayan şəxslərin pensiyasının dayandırılacağı ilə bağlı elan yapışdırılıb. Hətta sakinlərin sözlərinə görə icra nümayəndələri kəndlərdə gəzərək vaksin vurdurmayan şəxslərin təqaüdünün dayandırılacağını bildiriblər. 

Məsələ ilə  bağlı Unikal.org-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov yayılan xəbərlərdən məlumatsız  olduğunu bildirib. Ağcabədi RİH nümayəndəsi Fikrət Allahverdiyev də xəbərlərin əsassız olduğunu  qeyd edib.

"Nazirlər Kabinetinin qərarlarına əsasən, rayon və  kəndlərdə profilaktik tədbirlər  həyata keçiririk. Lakin vaksin olunmayanlara pensiyasının dayandırılması ilə bağlı heç bir məlumat veməmişik". 

“Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinov vurulan elanların bank tərəfindən həyata keçirilmədiyini  bildirərək, məsələ  ilə bağlı araşdırma  işlərinin aparıldığını  qeyd edib.  

 Gülayə  Mecid