Gəncə şəhərində ibtidai sinif müəllimi koronavirusdan vəfat edib.

Unikal.org xəbər verir ki, 13 nömrəli orta məktəbin ibtidai sinif müəllimi işləmiş 1957-ci il təvəllüdlü Ramidə Əsədova COVID-19 virusundan dünyasını dəyişib.

Qeyd edək ki, o, uzun illər təhsil sahəsində çalışıb.