Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.