“Virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır. Biz hazırda bilirik ki, respublikamızda yayılan ştam Delta ştamıdır”.

Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, delta ştamı ölkədə yoluxanların sayının artımına səbəb olur.