Azərbaycanda bu gün koronavirus infeksiyasına 2993 yeni yoluxma faktı qeydə alınıb,  646 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Unikal.org  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 15  nəfər COVID-19-dan dünyasını dəyişib.