Bodrumun Mumcular bölgəsində başlayan meşə yanğınları səbəbilə bağlı yeni faktlar ortaya çıxıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən  bölgədə yanğını törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Məlumata əsasən, bu şəxslər avtomobildən siqaret kötüyünü ətrafa ataraq tədbirsizlikdən, eləcə də yanğına səbəb olmaqda təqsirli hesab olunur. 

Bildirilib ki, hazırda araşdırma davam edir.

Ağarza Elçinoğlu