Xəbər verdyimiz kimi, tanınmış aşpazı Burak Özdemirin Antalyada yanğınları söndürdüyü anlar bir çox insan tərəfindən tənqid olunub.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, sözügedən görüntülərə iradını bildirənlərdən bir də aktrisa Burcu Özberk olub. O, tvitter hesabında CZN Burakın görüntülərini paylaşaraq "Şou göstərməyin, insan olun, insan!" qısa şərhini qeyd edib.

Reaksiyaların ardından açıqlama verən Burak, yanğını söndürmək üçün əlindən gələni etdiyini bildirib:

"Təəssüf ki, bəzi insanların içindəki pislik bitmir. Yardım üçün getdiyimiz Antalyaya çatanda yanğın gördük. Öz gücümüzlə kömək etməyə çalışdıq". 

Qeyd edək ki, "Aşk mantık intikam" serialında rol alan Burcu Özberk 1 bölümümdən əldə etdiyi gəliri meşə yanğınından zərər çəkən ailələrə bağışlayıb.