Tacikistanda dağlarda azmış rusiyalı turistlərə yardım etmək üçün gedən xilasedici helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Turoperatorlar Assosiasiyası yayıb.

İlkin məlumata görə, pilot ölüb, helikopterin göyərtəsindəki 4 xilasedici isə yaralanıb.