Belarus Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini Viktor Quleviçin avqustun 4-ü verdiyi məlumata görə, Belarusda keçiriləcək "Zapad-2021" strateji təlimlərindən bəhs edib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, sözügedən təlimdə təxminən 12 min 800 əsgər iştirak edəcək, onlardan 2 500-ü Rusiya, 50-si Qazaxıstan hərbçisi olacaq.

"Belarusiya ərazisindəki təlimlərə təxminən 2 500 rusiyalı personal və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı), eləcə də Kollektiv Əməliyyat Müdaxilə Qüvvələrinin 50-dək qazaxıstanlı hərbçisi təlimlərə qatılacaq", - deyə Baş Qərargah rəisi məlumat verib. 

Qeyd olunub ki, "Zapad-2021" hərbi təlimlərində təxminən 140 tank, 110 artilleriya sistemi və çoxlu raket qurğuları, həmçinin 30-dan çox təyyarə və vertolyot da daxil olmaqla 350-dək adda hərbi texnika iştirak edəcək. 

Bundan əlavə, Belarusda yerləşən digər ölkələrin səfirliklərinə, akkreditə olunmuş xarici dövlətlərin hərbi və diplomatik korpus nümayəndələrinə də qarşıdakı təlimləri izləmək üçün dəvətnamələrin göndərildiyi bildirilib. 

"Zapad-2021" hərbi təlimləri 10-16 sentyabr tarixlərində Belarusiya və Rusiyadakı poliqonlarda keçiriləcək.

Ağarza Elçinoğlu