Türkiyə Daxili İşlər Nazirliyinin Mardində keçirdiyi "Eren-5" antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının axtarışda olan tanınmış liderlərindən biri - "Cilo" kod adlı Süleyman Öztürk məhv edilib.

Unikal.org xəbər verir ki,  məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin yaydığı başqa bir məlumata görə, Vanda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın üç silahlısı zərərsizləşdirilib. Əməliyyat nəticəsində terrorçuları silah-sursatları da məhv edilib.