Ukrayna prezidenti Vladimir Zelenski Donbasın heç vaxt Rusiya ərazisi olmayacağını və işğaldan azad olacağını bildirib. 

Unikal.org xəbər verir ki, o, bu barədə "Dom TV"-yə verdiyi müsahibədə qeyd edib. 

Donbasın heç vaxt rus torpağı olmayacağını vurğulayan Zelenski, orada yaşayan insanlara səslənərək bu sözləri deyib:

"Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna torpağını Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün Rusiyaya  gedib, yer axtarmalısınız". 

Bununla yanaşı, Ukraynasız Donbasda bir mədəniyyət olmayacağını ifadə edən Zelenski:

"Donbasın Ukrayna torpağı olduğunu bilirsinizsə, Ukrayna bayrağına və dilinə hörmət edin və gözləyin!  Donbas işğaldan azad olacaq!",- deyə ifadə edib. 

Ukrayna rəhbəri  son olaraq, "Almaniyadakı divarın dağıldığı kimi Donbas da azad ediləcək" şərhi ilə sözünü bitirib. 

 Gülayə  Mecid