Elm adamları dünyanın "qlobal çöküşü" halında insanların sığınacaq tapa biləcəkləri ən təhlükəsiz ölkələri müəyyən ediblər.

Unikal.org xəbər verir ki, bu ölkələr Yeni Zelandiya, İslandiya, Birləşmiş Krallıq və İrlandiya ölkələri, həmçinin Avstraliyanın Tasmaniya əyalətidir. 

Yeni Zelandiya geotermal və su elektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığı səbəbilə bu siyahıda birinci yeri tutur. 

Tədqiqatçılar bildiriblər ki, mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan enerjiyə əsaslanan qlobal iqtisadiyyatın yaratdığı ekoloji ziyana görə insan sivilizasiyası "təhlükəli vəziyyətdədir". Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv olması, eləcə də COVID-19 pandemiyası kimi problemlərin birləşməsi daha pis bir qlobal çöküşlə nəticələnə bilər.

Ağarza Elçinoğlu