Yardımlı rayonundakı meşə yanğını söndürülüb. 

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, yanğın rayonun Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında baş vermişdi. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin, ETSN-in briqadaları cəlb olunmuşdu.