“Met-Ak” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edilib.

Unikal.org-un məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) tərtib etdiyi protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Günel Səmədovanın icraatına verilib. Hazırlıq iclası avqust ayının 13-ü saat 16:15-ə təyin edilib.

Şirkətə protokol İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə (Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) əsasən yazılıb.

Bu inzibati xətaya görə, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə tətbiq olunur.

Murad İbrahimli