Bursada 46 yaşlı Yasin Dere adlı şəxs iş yerində silahla vurularaq qətlə  yetirilib. 

Unikal.org xəbər verir ki, şəxsin ölümünə səbəb olan 3 nəfər isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlum olub ki, qohum olan şəxslər arasında qan davası varmış. Belə ki, Yasinin oğlu "Whatsapp" üzərindən atasının iş yerinin ünvanını paylaşıb. Bunu görən qohumlar yeri təyin etdikdən sonra əraziyə yollanıblar. 

Nə olduğunu anlamayan Yasin 3 silahlı şəxsin hücumuna  məruz qalıb.  O, yerindəcə  keçinib. Əraziyə aidiyyatı qurumlar cəlb olunub. Şəxslər həbs olunaraq, barələrində qətimkan tədbiri seçilib.

Gülayə  Mecid