Ermənistanın baş naziri Nikol Paşinyan İranda prezident İbrahim Rəisi ilə görüşüb.

Unikal.org  xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Görüşdə Rəisi Tehranın dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına önəm verdiyini söyləyib.

Paşinyan öz növbəsində, Rəisini prezident seçilməsi münasibətilə təbrik edərək, İranla əlaqələrin inkişafının Ermənistan üçün birinci dərəcəli əhəmiyyət daşıdığını vurğulayıb.

"Biz dialoqumuzu birgə səylərlə davam etdirməyə və ikitərəfli əməkdaşlığın gündəliyini zənginləşdirməyə hazırıq. Bu gün burada olmağım əməkdaşlığı ən yüksək səviyyədə dərinləşdirmək və gücləndirmək niyyətimizi göstərir", - Paşinyan deyib.