Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 329 yoluxma halı qeydə alınıb.

Unikal.org "Sputnik Armenia"-ya istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 231 322-yə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 7 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 632 nəfərə çatıb.