"Azərbaycanda iqtisaid aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur".

Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu ilin I yarısında ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, əlavə dəyə vergisi (ƏDV) ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 olub", - deyə o, qeyd edib.