Türkiyəli pop ulduz  Tarkan Türkiyədə 8 gündür davam edən yanğınlar zamanı zərər dəymiş ailələrə yardım edib.

Unikal.org
xəbər verir ki, bu barədə sənətçi Onur Akay məlumat verib.

"Tarkan yanğın baş verən bölgələrə 500 min TL (100 min manat)  dəyərində gizli yardım edib. Bu gizli yardımı örnək olsun deyə açıqladım. Halal olsun Tarkana".

 Qeyd edək ki,  Tarkan bununla bağlı heç bir yerdə  paylaşım etməyib.  

 Gülayə Mecid