"Ağsu və şamaxı rayonlarının mürkkəb relyefi olan dağlıq ərazilərində baş verən yanğın söndürülüb".

Bu barədə Unikal.org-a Ağsu Rayon İcra Hakimiyyətindən məlumat verilib.

***

13:15

Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.

Unikal.org xəbər verir ki, Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.

Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.

***

10:46

Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.

Unikal.org xəbər verir ki, yanğı kol-kosluq ərazidə başlayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğını söndürülməsi üçün gərgin mübarizə aparılır. Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib. Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.(report)