Bu gündən Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilir.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2 avqust 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

- Almaniya Federativ Respublikası;

- Avstriya Respublikası;

- Belçika Krallığı;

- Çexiya Respublikası;

- Danimarka Krallığı;

- İrlandiya Respublikası;

- İspaniya Krallığı;

- İsveç Krallığı;

- İsveçrə Konfederasiyası;

- Kanada;

- Lüksemburq Böyük Hersoqluğ

- Malta Respublikası;

- Niderland Krallığı;

- Polşa Respublikası;

- Portuqaliya Respublikası;

- Serbiya Respublikası;

- Sinqapur Respublikası;

- Sloveniya Respublikası;

- Slovakiya Respublikası;

- Yunanıstan Respublikası.

Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.