İranın Fars vilayətinin Firuzabad əyalətində baş verən meşə yanğınları nəticəsində dörd nəfər həlak olub.

Unikal.org xəbər verir ki, gecə saatlarında baş verən yanğınların qarşısı səhər saatlarında alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmaması üçün lazımi tədbirlər görüblər.

Hazırda araşdırma aparılır və yanğının baş vermə səbəbləri araşdırılır.