Həbsdə olan general Rövşən Əkbərovun əməlləri barədə yeni faktlar ortaya çıxıb.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, onun haqqında başqa bir cinayət işi də açılıbmış.

Belə ki, 2007-2009-cu illərdə hərbi hissə komandiri olduğu dövrdə tabeliyində olan əsgərlər onun evində və obyektlərində işlədilib. Rəsmi sənədlərdə obyektin mülkiyyətçisi Telman Əkbərov olsa da, rəsmi qaydada N saylı hərbi hissənin giziri İbrahim Həsənov onu icarəyə götürüb.

Məlumata görə Rövşən Əkbərovun atasının adını daşıyan Telman adlı oğlu var.

Telmanın adına olan obyektin bir hissəsi mebel sexi, bir hissəsi şirniyyat, bir hissəsi isə mağazadır.