Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 122 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 26 822 nəfər COVID-19 infeksiyasına yoluxub, 6 096 nəfər isə sağalıb.