"MİQ müsabiqəsinin müsahibə mərhələsi yer seçimindən sonra olur".

Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib: "Düşünürəm ki, avqustun ikinci yarısından sonra müsahibə mərhələsinə başlayacağıq".

Nazir, eyni zamanda qeyd edib ki, müəllimlərin sertifikasiyasına başlayandan sonra həm sertifikasiya, həm də MİQ imtahanlarının 120 dəqiqə olması nəzərdə tutulub.