Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyayt-axtarış tədbirləri nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Xəlilov Anar Qabil oğlunun evindən narkotik tapılıb.

Unikal.org xəbər verir ki, onun yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə "Heroin", 22 qram çəkidə psixotrop maddə "Metamfetamin", 1,12 qram çəkidə narkotik vasitə "Tiryək", 2 ədəd narkotik vasitə hesab edilən "Metadon" dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə "Qurudulmuş marixuana" və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.