Tanınmış aktyor Con Travolta həyat yoldaşını itirdikdən sonra ABŞ-dakı malikanəsini satışa çıxarıb. 

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, 1.2 kvadratmetrlik sahil ərazisi olan villa təhlükəsizliyi ilə diqqət çəkir. Ərazinin ətrafı tamamilə yaşıllıqla örtülüb.

Mülkün satış qiyməti 4 milyon dollardır (6 milyon 795 min manat).  Malikanədə beş yataq, yemək otağı, studiya və mətbəx var.

Qeyd edək ki, aktyorun həyat yoldaşı Kelli Preston ötən il xərçəngdən vəfat edib.