Nəsimi rayonu ərazisində, H.Ələsgərova küçəsində Bakı şəhər sakini Vüqar Əliyev idarə etdiyi “Chevrolet” markalı avtomobili Ağsu rayon sakini H.Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtomobilə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org--a verilən məlumata görə, nəticədə xəsarət almış V.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.