Niderland millisinin baş məşqçisi müəyyənləşib.

Unikal.org-un məlumatına görə, Lui van Qal üçüncü dəfə bu vəzifəyə təyin olunub.

69 yaşlı çalışdırıcı DÇ-2022 bitənədək bu vəzifədə qalacaq. Onun köməkçiləri Danni Blind, Frans Huk və Henk Freyzer olacaq.

Qeyd edək ki, van Qal 2000-02 və 2012-14-cü illərdə də Niderland millisini çalışdırıb.