Türkiyəli məşhur aşpaz Burak Özdemir Antalyada 8 gündür davam edən yanğınlarda çəkdiyi görüntülərlə gündəm olub.

Unikal.org xəbər verir ki, CZN Burak olaraq tanınan aşpaz yanğınları söndürərkən həmin anların videosunu sosial media hesabında paylaşıb. Bununla yanaşı, Burakın qəfil halının pisləşməsi  və  təcili tibbi maşına aparılması da sosial  şəbəkə hesabında paylaşılıb. 

Aşpazın bu hərəkəti  bəzi izləyicilər tərəfindən qınanılıb. Hətta onu şou göstərməkdə günahlandırıblar. 

Gülayə  Mecid