Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib.

Unikal.org xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qərar imzalayıb.

Qərara əsasən, Peter Miçalko Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təyin olunub. O, hazırda Aİ-nin Moldovadakı Nümayəndəliyinin rəhbəridir.

Daha əvvəl Peter Miçalko Slovakiyanın Yunanıstandakı səfiri olub.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri postunda çalışan Kestutis Yankauksak təşkilatın Qazaxıstandakı Nümayəndəliyin rəhbəri təyin olunub.