2021/2022-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) magistr səviyyəsinə Azərbaycan və rus bölmələri üzrə qəbul aparılıb. 

Unikal.org xəbər verir ki, universitetin magistratura səviyyəsinə qəbul 28 ixtisas olmaqla 77 ixtisaslaşmanı əhatə edib. Təsdiq olunmuş qəbul planında bu pillədə təhsil almaq üçün 330 yer nəzərdə tutulub. 

Magistratura səviyyəsinə keçirilən qəbul imtahanın nəticələrinə əsasən 311 tələbə dövlət sifarişli və ödənişli əsaslarla ADAU-ya qəbul olunub. 

Qəbul olunanların sayına əsasən qəbul planı 94,2 % dolub.