Aktyor İbrahim Çelikkol Milasda meşə yanğınları ilə mübarizə aparan heyətə dəstək olub.

Unikal.org xəbər verir ki, aktyor Örendəki istilik elektrik stansiyasına doğru irəliləyən yanğını dayandırmaq üçün hortumla alovları söndürüb.

Hadisə yerindən görüntülər paylaşan müğənni Mustafa Sandal İbrahim Çelikkol və Onur Yılmaza etdikləri fədəkarlığa görə təşəkkür edib.