Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 126 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 24 832 nəfər COVID-19 infeksiyasına yoluxub, 6 243 nəfər isə sağalıb.