Muğlanın Datça sahillərində 5 bal gücündə zəlzələ olub. 

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.

Zəlzələnin 7,60 kilometr dərinlikdə meydana gəldiyi bildirilir. Dağıntı və itkilər barədə məlumat yoxdur.