Türkiyədə tüğyan edən 154 meşə yanğınından 146-nın qarşısı alınıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Meşə Təsərrüfatı Baş İdarəsi bildirib.

Qeyd olunur ki, hazırda 3 vilayət ərazisində 8 yanğınla mübarizə davam etdirilir. Yanğınlar Antalya, İsparta və Muğla vilayətlərindədir.

Yanğınlarla mübarizəyə 16 təyyarə, 9 PUA, 45 helikopter və 5 200-ə yaxın yanğınsöndürən cəlb olunub.