Lənkəranda meşədə yanğın başlayıb. Yanğın Osaküçə kəndinin yaxınlığında meşə massivində başlayıb.

Unikal.org xəbər verir ki, güclü yanğının hələ ki, qarşısını almaq mümkün deyil.

Dərhal hadisə yerinə cəlb edilən Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları tərəfindən yanğının söndürülməsi üçün zəruri tədbirlər görülür.