Nərimanov rayon polis idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev və 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli tutduqları vəzifələrdən azad olunublar.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Belə ki, məlumata görə, adıçəkilən şəxslər rayon ərazisində xüsusi karantin rejimi qaydalarının mühafizəsində və sanitar epidemioloji vəziyyətə nəzarət zamanı yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən çıxarılıblar.