Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, deputat etik davranış qaydaları haqqında qanuna  zidd əməl etdikdə, mandatından məhrum edilir.  

Unikal.org etik qaydalarını pozduqlarına görə toxunulmazlıq və mandatından məhrum olunan deputatların siyahısını təqdim edir:

Fikrət  Sadıqov - 2005-ci ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edildilər. Bunların sırasında Milli Məclisin deputatı Fikrət Sadıqov da var idi. Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Fikrət Sadıqov uzun illər bu şəhərin kimya zavodlarına rəhbərlik etmişdi. Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum etdi. F.Sadıqov bir müddət ev dustağı edildikdən sonra ictimai diqqətdən kənarda qaldı. O, hazırda Milli Elmlər Akademiyasının institutunda çalışır. 

Hüseyn Abdullayev -  O, 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olmuşdu. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olunub. Sonradan isə o azadlığa buraxılıb. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, o, namizəd kimi qeydə alınmayıb. 

İqbal Ağazadə -  2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmada iştirak etdiyi üçün İqbal Ağazadə mandatını itirmişdi.

Rafael Cəbrayılov - Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Bundan sonra o, 2019-cu ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək mandatının ləğv edilməsini istəyib. Müraciətdən sonra  MSK-nın qərarı ilə R. Cəbrayılov deputat mandatından məhrum edilib.

Eldəniz Səlimov -  Xaçmaz rayonundan deputat seçilən Eldəniz Səlimov iyulun 29-da içkili vəziyyətdə polislə mübahisə edərək, ona xəsarət yetirib. Deputat bu əməlinə görə bu gün parlamentin növbədənkənar sessiyasının iclasında Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Gülayə Mecid