Türkiyədə bir həftədir davam edən genişmiqyaslı meşə yanğınları qlobal ekoloji problemə çevrilib.

Unikal.org  xəbər verir ki, bir çox avropalı ekoloqlar yanğınların artıq yalnız Türkiyə üçün deyil, bütün qitə üçün faciəyə çevrildiyini bəyan edirlər.

Bu gün isə Türkiyənin kəşfiyyat peykləri "Göktürk-1" və "Göktürk-2" yanğınların miqyasını göstərən görüntülər yayıb. Kosmosdan çəkilən fotolarda ölkənin cənub və cənub -qərbində baş verən meşə yanğınlarının ağır nəticələri aşkar görünür. Əsasən Manavqat və Mərmərə bölgəsini əks etdirən şəkillər Türkiyə Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.