Astara rayonunun Şahağacı kənd sakinləri F.Dadaşov və C.Məmmədov oğurluqda şübhəli bilinərək saxlanılıb. 

Unikal.org DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki,  avqustun 2-də Astarada polislərin keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əsədullayevə məxsus traktordan 850 manat dəyərində hissələr, maqnitofon və 100 litr yanacaq oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakinləri, əvvəllər məhkum olunmuş F.Dadaşov və C.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.