Türkiyənin paytaxtı Ankara şəhərində istirahət yerlərində atəşfəşanlıq, manqal və ocaq qalamaq qadağan edilib.

Unikal.org xəbər verir ki, Ankara şəhər Bələdiyyə Başçısı Mansur Yavaş, sosial media hesabında yanğınsöndürənlərin və xalqın yanğınlarla mübarizədə canları bahasına mübarizə apardıqlarını ifadə edib. 

O, ölkədəki meşə yanğınlarının qarşısını yalnız birlik sayəsində alacaqlarını bildirib:

"Bu tədbirləri birlikdə görərək çətin günləri aşacağıq".

Bu prosesdə hər kəsin üzərinə düşəni etməli olduğunu vurğulayan M.Yavaş, "Bələdiyyəmizin istirahət yerlərində atəşfəşanlıq, manqal və ocaqların istifadəsinə ara veririk", - deyə açıqlama verib.