Koronavirus pandemiyasının mərkəzi Uhanda yenidən virusa yoluxma halı qeydə  alınıb.

Unikal.org "Global Times"a istinadən xəbər verir ki, 11 milyon əhalisi olan Çinin Uhan şəhərində 2020-ci ilin iyun ayından bu yana ilk dəfə 7 çinlidə koronavirus aşkarlanıb. Bundan sonra səlahiyyətli şəxslərin Uhanlıları test verməyə və vaksinasiyaya səsləyib.  

Hökumət rəsmiləri, 11 milyon əhalisi olan şəhərin hər bir sakininə peyvənd vurulacağını  bildiriblər.