Qaqarin adlı ("Soyuz MS-18") idarə olunan kosmik gəmi, Beynəlxalq Kosmos Stansiyasının (ISS) Rusiya seqmentindəki Rassvet modulundan çıxacaq.

Unikal.org xəbər verir ki, sözügedən kosmik gəmi sentyabrın 28-də Rusiyanın yeni "Nauka" tədqiqat laboratoriyasına bağlanacaq.

Məlumatda bildirilib ki, kosmik gəminin 28 sentyabr 2021-ci ildə Rassvet modulundan çıxarılaraq Nauka ilə birləşməsi planlaşdırılır. 

"Soyuz MS-19"un əsas heyətinə kosmonavt Anton Shkaplerov, aktrisa Yulia Peresild və kinorejissor Klim Shipenko, köməkçi heyətinə isə kosmonavt Oleq Artemyev, aktrisa Alyona Mordovina və operator Aleksey Dudin daxildir. Bildirilib ki, onlar Orbitdə ilk filmi çəkəcək.