Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Unikal.org xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən E. Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

xxx

19:00

Bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimov Binəqədi rayon məhkəməsinə gətirilib.

Unikal.org xəbər verir ki, iclas jurnalistlərə qapalı şəkildə keçirilir.

18:15

XXX

Milli Məclisdə polisə qarşı zor tətbiq etdiyi üçün barəsində cinayət işi açılan deputat Eldəniz Səlimovun  toxunulmazlıq hüququ ləğv edilib.

Deputatın yaxınlarından Unikal.org-a verilən məlumata görə,  toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. Belə ki, E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq. 

Qeyd edək ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etmişdi.

Seymur Əli