Türkiyədə baş verən genişmiqyaslı meşə yanğınları ölkədə bir sıra faciələrə yol açıb.

Unikal.org Türkiyə  KİV-lərinə  istinadən xəbər verir ki,  bu gün artıq 145 meşə yanğınının nəzarət altına alındığı bildirilir. 

Qeyd edilir ki, hazırda yanğınlarla mübarizəyə "Emniyyet Genel Müdürlüyü" (Baş Polis İdarəsi-red.) də aktiv şəkildə qoşulub. Qurumun balansında olan texniki vasitələr ölkənin ayrı-ayrı bölgələrində havadan və qurudan aparılan yanğınsöndürmə əməliyyatlarına dəstək olur.

Artıq Türkiyə polisinə məxsus bir çox "TOMA" avtomobilləri də yanğın bölgələrinə göndərilib. Təyinatı aksiya iştirakçılarını dağıtmaq olan bu zirehli avtomobillərdən xüsusən yollara yaxın yayılmış alovlara müdaxilə üçün istifadə edilir. Polisin mitinqlərdə istifadə etdiyi "TOMA"-ların yanğınlarla mübarizədə çəkilmiş fotoları "Emniyyet Genel Müdürlüyü"nün "Twitter" səhifəsində də paylaşılıb.