Türkiyəni təsir edən meşə yanğınlarının söndürülməsi üçün işlər sürətlə davam edir. Yanğınlar havadan və qurudan edilən müdaxilələrlə söndürülməyə çalışılarkən, evlərini itirən qurbanlar üçün işlər başladılıb. 

Unikal.org xəbər verir ki, məşhur aktrisa Burcu Özberk meşə yanğını səbəbiylə evini itirən bi ailəyə yardım edəcək. Belə  ki, aktrisa  "Aşk Mantık İntikam" serialından qazandığı bir bölümlük pulu həmi ailəyə  bağışlayacaq.  

 Burcu Özberkin bu hərəkəti sosial mediada  müsbət  qarşılanıb.